Gələcək pensiyanızın məbləği fərdi şəxsi hesabınızda topladığınız kapitaldan asılıdır.

Muxtar respublikada sığorta-pensiya sisteminin aparıcı tərkib hissəsi olan fərdi uçot sisteminin əhatə dairəsi görülən tədbirlər nəticəsində daha da genişlənmişdir. Bu sistemin formalaşdırılmasında əsas məqsəd ödənilən məcburi dövlət sosial sığorta haqları ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqənin yaradılmasından ibarətdir. Sistemin əsas məqsədlərindən biri də sığortaolunanların gələcəkdə alacaqları pensiyaların hansı məbləğdə olacağını qabaqcadan müəyyənləşdirmələrinə şərait yaratmaqdır. Vətəndaşlar fərdi uçot sistemində qeydiyyata alınaraq, onlara uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılır. Beləliklə, artıq istənilən sığortaolunan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanı əldə edir. Bu sistem şəffaflığın daha da artırılmasına gətirib çıxartmaqla yanaşı, həm də işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə imkan verir.

Qeyd etmək lazımdır ki, pensiyanızın miqdarı sığorta stajınızdan və fərdi şəxsi hesabınızda toplanan kapitaldan asılıdır. Ona görə də hər bir vətəndaş yaşlı dövrünün maddi təminatının məsuliyyətini əmək fəaliyyəti göstərdiyi vaxtdan düşünməli, harada çalışmasından asılı olmadan işləməyə başlayarkən ilk növbədə əmək müqaviləsini imzalamalı, aldığı əmək haqqının tam məbləğdə əməkhaqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır.

Fond tərəfindən qarşıya qoyulan ən başlıca vəzifələrdən biri olaraq muxtar respublikada bütün sığortaolunanların fərdi uçotunun aparılması və sığortaolunanlara  sosial sığorta nömrəsinin verilməsi davam etdiriləcək və bu sahədə elektron xidmətlərin tətbiqi barədə təbliğat işlərinin aparılması və vətəndaşların  maarifləndirilməsi daim diqqət mərkəzində saxlanılacaqdır.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

593220
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
70
164
435
2549
593220

Tarix: 09-10-2024