Muxtar respublikada dekabr ayı üçün əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin maliyyələşdirilməsi başa çatdırılıb

  • Nəşr edilib 06.12.2022 16:32
  • Baxış sayı: 593
  • 06 Dek

   Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən sığorta-pensiya sisteminin tətbiqi istiqamətində işlər davam etdirilir. Belə ki, fond əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin qanunvericiliyə uyğun təyinatı və ödənilməsi üçün müvafiq tədbirlər həyata keçirib. Fond hər ay olduğu kimi dekabr ayında da bütün növ əmək pensiyalarının və müavinətlərin maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımın ödənilməsi də təmin edilib. Ümumilikdə pensiya ödənişinə 15 milyon 370 min 550 manat, məcburi dövlət sosial sığortası haqları hesabına müavinətlərin verilməsinə isə 366 min 110 manat vəsait pensiya və müavinət alan şəxslərin ödəniş kartlarına köçürülüb.

    Qeyd edək ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Rəqəmsal İnnovasiya Mərkəzinin mütəxəssisləri tərəfindən Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində Naxçıvan Muxtar Respublikası Pensiya təyinatı alt sisteminin yaradılması bu ilin sentyabr ayında başa çatdırılmış, muxtar respublika üzrə 43 min əmək pensiyaçısının 25 mindən artığının pensiya işləri alt sistemə daxil edilmişdir. Pensiya təyinatı alt sistemi əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, əmək pensiyalarının ödənişinin həyata keçirilməsini və digər bu kimi əməliyyatları avtomatik qaydada həyata keçirir. Sistemə əmək pensiyası təyin olunması üçün müraciət etmiş şəxslərin fərdi identifikasiya nömrələrini daxil etməklə əldə edilən pensiya kapitalının aylar və illər üzrə məlumatları əsasında onlara əmək pensiyası təyin olunur. Cari ilin sentyabr ayından başlayaraq pensiya hüququ yaranan şəxslərin məlumatları alt sistemə daxil edilərək qanunvericiliyə uyğun elektron qaydada hesablandıqdan sonra əmək pensiyası təyin edilir.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

535881
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
177
465
2585
2044
535881

Tarix: 05-05-2024