Ötən ay 133 nəfərə əmək pensiyası təyin edilib

  • Nəşr edilib 08.12.2022 13:55
  • Baxış sayı: 502
  • 08 Dek

   Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayında əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin vaxtından əvvəl maliyyələşdirilməsi təmin edilib, pensiya ödənilməsinə 15 milyon 679 min manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsinə isə 289 min manat vəsait xərclənib. Eyni zamanda qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına maddi yardımların da pensiya ilə birlikdə ödənilməsi həyata keçirilib.

    Hesabat dövründə pensiyaların qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı üçün işlər görülüb, 89-u yaşa, 20-si sağlamlıq imkanlarının məhdudluğuna, 24-ü ailə başçısını itirməyə görə olmaqla, ümumilikdə 133 vətəndaşa əmək pensiyası təyin olunub. Pensiya təyin olunan vətəndaşlardan 120-nə ilk dəfə təyinat olub, 13-nə isə pensiya növündə dəyişiklik edilib. Onlardan 40-ı kişi, 93-ü isə qadındır. Qanunvericiliyə uyğun olaraq 556 sığortaolunana məcburi dövlət sosial sığorta haqları hesabına müavinət təyin olunub. Eyni zamanda fərdi uçot sisteminin qurulması ilə əlaqədar müvafiq işlər də diqqətdə saxlanılıb, ilk dəfə əmək fəaliyyətinə başlayan 360 sığortaolunana fərdi şəxsi hesab açılıb.

   Ötən ay məcburi dövlət sosial sığorta haqqı üzrə fondun xəzinə hesabına 9 milyon 999 min 800 manat vəsait daxil olub ki, bu da nəzərdə tutulan proqnozdan 8,4 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 62,6 faizi məcburi dövlət sosial sığorta haqqı olaraq muxtar respublikada yığılıb. Bundan başqa, dövlət icbari şəxsi sığortası üzrə daxilolmalar da diqqətdə saxlanılıb, sığortaedənlər tərəfindən 84 min 164 manat vəsait fondun hesabına köçürülüb, sığorta ödənişi almaq hüququ olan hərbi qulluqçulara sığorta ödənişi verilib. Hesabat dövründə 9 hüquqi və 367 fiziki şəxs məcburi dövlət sosial sığorta ödəyicisi kimi uçota alınıb. Ay ərzində Pensiya təyinatı alt sisteminə pensiya işlərinin daxil edilməsi davam etdirilib, alt sistemə daxil edilən pensiya işlərinin sayı 25 mini ötüb.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

535892
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
188
465
2596
2055
535892

Tarix: 05-05-2024