Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub

  • Nəşr edilib 20.02.2023 09:07
  • Baxış sayı: 279
  • 20 Fev

   Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.

   Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar və Brüssel sülh prosesi ətrafında müzakirələr aparıldı.

    Prezident İlham Əliyev Azərbaycanın Brüssel sülh prosesini dəstəklədiyini qeyd etdi.

   Şarl Mişel Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsi üzrə danışıqlarda, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında səylərini bundan sonra da davam etdirəcəyini bildirdi.

   Söhbət zamanı, həmçinin Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti barədə fikir mübadiləsi aparıldı.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

536335
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
218
219
437
2498
536335

Tarix: 07-05-2024