Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Düşənbədə rəsmi qarşılanma mərasimi olub

  • Nəşr edilib 05.04.2023 15:39
  • Baxış sayı: 190
  • 05 Apr

   Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimi olub.

   Azərbaycanın və Tacikistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

   Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

   Azərbaycanın və Tacikistanın Dövlət himnləri səsləndi.

   Prezident İlham Əliyev əsgərləri salamladı.

   Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

   Tacikistanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Emoməli Rəhmona təqdim edildi.

   Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

   Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkdirdilər.

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

533388
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
92
193
92
9589
533388

Tarix: 29-04-2024