-
Nəşr edilib 09.03.2023 18:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İsrailin sabiq Baş naziri Ehud Olmerti qəbul edib.
Görüşdə X Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil edildiyi vurğulandı, bu Forumun getdikcə çox mühüm beynəlxalq platformaya çevrildiyi məmnunluqla qeyd edildi, burada çox sayda ölkədən nüfuzlu siyasətçilərin və digər qonaqların iştirakı bunun göstəricisi kimi qiymətləndirildi.
Söhbət zamanı Azərbaycan-İsrail əlaqələrinə toxunuldu, münasibətlərimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olundu. Bu baxımdan İsraildə Azərbaycan səfirliyinin açılmasının önəmi vurğulandı.
Görüşdə ticarət, kənd təsərrüfatı, turizm və energetika sahələrində əməkdaşlıq məsələləri qeyd edildi.
-
Nəşr edilib 09.03.2023 18:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyimanı qəbul edib.
X Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirən Vinni Byanyima Forumun çox yüksək səviyyədə təşkil olunduğunu dedi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasını olduqca əhəmiyyətli bir təşəbbüs kimi qiymətləndirdi, bu təsisatın dünya səviyyəsində nüfuzunun artdığını vurğuladı.
Ardını oxu...
-
Nəşr edilib 09.03.2023 18:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saudu qəbul edib.
Görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada nüfuzunun ildən-ilə artdığı vurğulandı. Budəfəki Forumda da daha çox sayda ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı bunun göstəricisi kimi dəyərləndirildi.
Ardını oxu...
-
Nəşr edilib 09.03.2023 12:34
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.
Əvvəlcə xatirə fotosu çəkdirildi.
X Qlobal Bakı Forumunu açıq elan edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin sözü dövlətimizin başçısına verdi.
Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış etdi.
Ardını oxu...