Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərini və İdarə Heyətinin üzvlərini qəbul edib
- Nəşr edilib 09.03.2023 09:37
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, keçmiş dövlət və hökumət başçıları, Mərkəzin İdarə Heyətinin üzvləri Mərkəzin fəaliyyətinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə etdilər. Ötən 10 il ərzində Mərkəzin sıralarının genişləndiyini və beynəlxalq səviyyədə nüfuzlu bir təsisata çevrildiyini deyən qonaqlar Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək X Qlobal Bakı Forumunun uğurlu olacağına əminliklərini bildirdilər, bu Forum çərçivəsində beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirə ediləcəyini vurğuladılar.
Ardını oxu...