CƏNAB PREZİDENT DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
- Nəşr edilib 23.12.2022 17:08
Dekabrın 23-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini muxtar respublikanın ictimaiyyətinə təqdim edib.
Tədbirdən əvvəl Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Ardını oxu...Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayında əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin vaxtından əvvəl maliyyələşdirilməsi təmin edilib, pensiya ödənilməsinə 15 milyon 679 min manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsinə isə 289 min manat vəsait xərclənib. Eyni zamanda qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına maddi yardımların da pensiya ilə birlikdə ödənilməsi həyata keçirilib.
Ardını oxu...Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən sığorta-pensiya sisteminin tətbiqi istiqamətində işlər davam etdirilir. Belə ki, fond əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin qanunvericiliyə uyğun təyinatı və ödənilməsi üçün müvafiq tədbirlər həyata keçirib. Fond hər ay olduğu kimi dekabr ayında da bütün növ əmək pensiyalarının və müavinətlərin maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına pensiya məbləğlərinin 10 faizi məbləğində maddi yardımın ödənilməsi də təmin edilib. Ümumilikdə pensiya ödənişinə 15 milyon 370 min 550 manat, məcburi dövlət sosial sığortası haqları hesabına müavinətlərin verilməsinə isə 366 min 110 manat vəsait pensiya və müavinət alan şəxslərin ödəniş kartlarına köçürülüb.
Ardını oxu...
Fax: (036) 545-20-49
Telefon: (036) 545-81-13
E-mail: dsmf@nakhchivan.az
Ünvan: AZ 7000, Naxçıvan şəhəri,
Heydər Əliyev prospekti, 14A
|