Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işə başlayıb

  • Nəşr edilib 02.03.2023 16:49

   Martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işə başlayıb.

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak edir.

   Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edən Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahmanı, Keniyanın Baş naziri Uakylif Musalia Mudavadini, Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqonu, Kuba Respublikasının Vitse-prezidenti Salvador Antonio Valdes Mesanı, Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü, Ras əl-Xeymə Əmirliyinin hakimi Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimini, Qabonun Vitse-prezidenti xanım Rouz Kristian Ossuka Rapondanı, BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçi, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidi, Liviyanın Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfini, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevi qarşıladı.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvünü qəbul edib

  • Nəşr edilib 02.03.2023 09:22

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü, Ras əl-Xeymə Əmirliyinin hakimi Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimini qəbul edib.

   Azərbaycanda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edən Əlahəzrət Şeyx Saud Bin Saqr Al Qasimi bu tədbirin xüsusi önəm daşıdığını bildirdi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb

  • Nəşr edilib 02.03.2023 09:17

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.

   Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

   - Hörmətli Şavkat Miromonoviç, xoş gəlmisiniz. Vaxt tapıb Azərbaycana səfər etdiyiniz üçün sağ olun. Birlikdə mühüm beynəlxalq tədbirdə iştirak edəcəyik, lakin həm də görüşmək, söhbət etmək və bizim əvvəlki görüşlərimiz zamanı da razılığa gəldiyimiz kimi, verdiyimiz tapşırıqların yerinə yetirilməsinə nəzarət etmək üçün yaxşı imkandır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb

  • Nəşr edilib 02.03.2023 09:09

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.

   Ölkəmizdə olmaqdan məmnunluğunu bildirən Əbdüllətif Camal Rəşid Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə dəvətə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ilə görüşüb

  • Nəşr edilib 01.03.2023 12:42

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 1-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə görüşüb.

   Dövlətimizin başçısı Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün ölkəmizə səfər etdiyinə görə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə minnətdarlığını bildirdi, səfər zamanı ikitərəfli əlaqələrimizlə bağlı müzakirələr aparmaq üçün imkanların da yarandığını dedi.

Ardını oxu...

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

532619
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
62
278
1496
8820
532619

Tarix: 27-04-2024