Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxendə televiziya kanallarına müsahibə verib

  • Nəşr edilib 20.02.2023 10:22

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibə verib.

   Müsahibə təqdim edilir.

   Prezident İlham Əliyev: Salaməleyküm.

   Jurnalistlər: Salam, cənab Prezident.

   Jurnalist: Yəqin ki, görüş keçirildi, necə keçdi?

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İnvestisiya Bankının prezidenti ilə görüşüb

  • Nəşr edilib 20.02.2023 10:12

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer ilə görüşüb.

   Dövlətimizin başçısı Avropa İnvestisiya Bankı ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu ifadə etdi, ölkəmizin Avropa İttifaqı ilə çox sıx əlaqələrinin olduğunu bildirdi.

   Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi layihəsinin icrası prosesində Avropa İnvestisiya Bankının maliyyə tərəfdaşı kimi yaxından iştirakına görə təşəkkürünü ifadə etdi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Leonardo" şirkətinin baş icraçı direktoru ilə görüşüb

  • Nəşr edilib 20.02.2023 09:51

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə İtaliyanın "Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşüb.

   Görüşdə Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu qeyd etdi, İtaliyaya dövlət və rəsmi səfərlərini məmnunluqla xatırladı.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşü olub

  • Nəşr edilib 20.02.2023 09:46

   Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub.

   Görüşə görə təşəkkürünü bildirən Neçirvan Bərzani Azərbaycanla İraqın Kürdüstan regionu arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu dedi. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırdı, dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmizin uğurla inkişaf etdiyini vurğuladı.

Ardını oxu...

 

Fax: (036) 545-20-49 

 

Telefon: (036) 545-81-13

 

E-mail: dsmf@nakhchivan.az

 

Ünvan: AZ 7000, Naxçıvan şəhəri,

 

Heydər Əliyev prospekti, 14A    

 

 

 

 

           

 

Copyright © 2023. Dövlət Sosial Müdafiə Fondu.

 

Dizayn və proqramlaşdırma Dövlət Sosial Müdafiə Fondu.

531584
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
134
327
461
7785
531584

Tarix: 23-04-2024